30 avqust 2012 - 19:30

İslam komandanı: “ABŞ-ın bölgədəki hərbi bazaları 24 saat nəzarətimiz altındadır”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general Abdullah Rəşadi deyib: “İİR düşmənlərinin istənilən hücumuna peşman olacaqları qarşılığı verəcək”.

O bildirib ki, İran İslam Respublikası bölgədəki bütün hərbi bazalara nəzarət edir: “İİR-ın hava sahəsinə daxil olan hər şey Havadan Müdafiə Qərargahı tərəfindən müəyyən edilir. ABŞ-ın bölgədəki hərbi bazaları 24 saat nəzarətimiz altındadır”.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır