Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraq hakimiyyəti avqustun 29-da 254 nəfər haqqında verilmiş ölüm hökmlərini yerinə yetirməyə hazırlaşır.
“Əl Bəşir” portalının verdiyi xəbərə görə, bu şəxslər terrorçu fəaliyyətlə əlaqədar edama məhkum olunanlardır. Artıq eyni ittihamla ölümə məhkum olunmuş 21 nəfər haqqında qərar icra edilib.
BMT-nin məlumatlarına əsasən 2004-cü ildən bəri İraqda məhkəmələr 1,2 min nəfər barədə edam hökmü çıxarıb.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır