27 avqust 2012 - 19:30

Liviya iki böyük şəhərə malikdir – Tripoli (1990-da 1,5 milyon sakin) və Benqazi (800 min sakin).

Əhli Beyt -ABNA- xəbər agentliyi- Liviya Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlətdir. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərsdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir.

Liviya vətəndaş müharibəsi (2011)nə qədər, Liviyada "de-yure" Müəmmər Qəzzafi və onu rəhbərlik etdiyi Böyük Xalq Sosialist Liviya Ərəb Cumhuriyyəti idi. Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Respublikası adlandırırlar. BMT-də Liviya hələ də Qəzzafinin dövründəki kimi adlanır. Ərazisinə görə Liviya Afrikanın dördüncü. dünyanın 17-ci ölkəsidir. Paytaxt Tripolidə 6.4 milyon əhalinin 1.7 milyonu yaşayır. Ölkə üç tarixi ərazidən Tripolitaniya, Frakiya və Kirenaikidən ibarətdir.

2009-cu il statistikasına görə Liviya həyat səviyyəsinə görə Afrikada dördüncüdür . Liviya neft ehtiyatına görə dünyada 10-cu, istehsalına görə 17-cidir.

 

Əhali

Liviyanın əhalisi – 6,46 milyon nəfərdir (o cümlədən 167 min xaricdən gələn işçilər) (2009).

 

Əhalisi və demoqrafik vəziyyət

1973-cü ildən sürətli artım sürətlərinin sayəsində ölkənin 1998-ci il əhalisi üzrə 2,2 milyondan 5,7 milyon nəfərə qədər artdı. 1970-ci illərdə illik əhali artımının templəri 4%-i ötürdü. 2010-cu ilin məlumatına görə ölkədə 6 milyon 461 min nəfər yaşayırdı.

Liviyalılatın orta ömrün uzunluğu 77,47 il (qadınlar – 79,88 il, kişilər – 75,18 il) təşkil edir. Uşaq ölüm faizi burada normal göstərici sayılır. 1000 doğuluşda 20,87 ölüm. Livanlıların orta yaşı 24 il. Əhalinin böyük əksəriyyəti dar sahilboyu zonada və oazislərdə cəmlənmişdir. İnsanlar tez-tez kənd yerindən şəhərlərə köçürlər, 2008-ci ildən demək olar ki, 78% əhali şəhərdə yaşayır.

Liviya iki böyük şəhərə malikdir – Tripoli (1990-da 1,5 milyon sakin) və Benqazi (800 min sakin). Ölkədə bir sıra kiçik şəhərlərdə mövcuddur: Onların sayına Misurata (360 min insan), Ez-Zaviya (280 min), Sebxa (150 min), Tobruk (75,3 min), El-Beyda (67,1 min) və Adjdabiya (65,3 min)aid etmək olar.Bundan əlavə neft terminallarının yanında yeni şəhərlər yaranmışdır: Es-Sider, Ras-el-Anuf, Marsa-el-Bureyka, Ez-Zuvaytina və Marsa-el-Xariqa.

 

Din

Sünni müsəlmanlar — 85 %

Şiə təriqəti - 12 %

Xristianlar — 3 %

Digərlər — <1 %

 

Savadlılıq

2006-cı ildə Liviyada 15 yaşda və daha yaşlı adamlar arasında 95,4 % oxumağa və yazmağa bilirdilər:

Kişilərdən 96,9 %

Qadınlardan 94 %

 

Coğrafiya

(2007-ci ildən)

Sahəsi 1.759.540 km² -ə çatmaqdadır. Torpaq baxımından Afrikanın dördüncü böyük ölkəsidir. Bu geniş torpaqların az qala 95%-i səhra və ya quraq ərazidir . Şimalda Aralıq dənizi və cənubda Ekvator Afrikası arasında bir qum dənizinə bənzəyən Böyük Səhra çölünün , təxminən 1300 km uzunluğundakı böyük bir hissəsi , Liviya torpaqlarının payına düşür.

 Liviyanın, Tunis və Misir arasında olan Aralıq dənizi sahillərinin uzunluğu, təxminən 1912 km-dir. Sahildən etibarən getdikcə yüksələn Liviya torpaqları, ümumiyyətlə yüksək yayla görünüşündə olub, başlıca üç böyük bölgəyə ayrılar; Bunlar Fizan, Trablus və Sirenaik bölgələridir.Aralıq dənizinə bir qövs şəklində girmiş olan Sirenaik bölgəsi, düz girintisiz çıxıntısız olan sahillərdən etibarən yüksəlməyə başlar. Sahilə paralel uzanan Yaşıl Dağı (Cebel-ül-Ahdar) buradakı mövcud yaylanın ən yüksək yeri olub, təxminən 880 m yüksəkliyindədir. Şimal-şərqdəki bu yüksək yayla, güneyde Liviya Səhrasına doğru alçalmağa başlayır.

Sidra Körfəzinin qərbində yer alan və ortalama 650 m yüksəkliyində olan Trablus bölgəsi, irili xırdalı vahələrə sahib olub, məhsuldar torpaqlarla örtülüdür. Bu bölgənin ən yüksək yeri olan Nefusa Dağı, bölgəni şimal küləklərindən müdafiə edir. Liviya torpaqlarının böyük bir hissəsini meydana gətirən və Şimal Afrikanı az qala örtmüş olan Böyük Səhra çölü kimsəsizdir. Səhra çölündə iqlim də çox fərqlilik göstərər. Bəzi yerlərinə on il boyunca heç yağışlar yağmır.

 

Liviya tarixi

Liviya vətəndaş müharibəsi (2011)

Liviyanın şimal-qərb hissəsində dövlətin paytaxtı yerləşir Tripoli şəhəri körfəzin Aralıq dənizi sahilboyu sahəsini tutur. Tripoli az qala özündə Romanın, Misirin, Yunanıstanın, Bizansın, Karfagenin və Finikiin mədəniyyətlərinin təsirini sınaqdan keçirmiş dünyanın ən qədim şəhəridir

Şəhərin əsası finikiyalılara aid edilir – I yüzillikdə Yunanlar bu əraziyə indiki Tripoli adını veriblər. Tripolinin bütün Aralıq Dənizinin böyük mədəni və iqtisadi mərkəzi sayılır. Bizanslar burada V- əsrdə hökmranlıq ediblər. — VI yüzillikdə isə burada Ərəb Xilafəti hakimiyyətdə olmuşdur. Tripoli Orta əsrlərlədə isə İspaniyaya aid idi, likin Osmanlı İmperiyası şəhəri 16-cı əsrdə geri aldı. Tripoli türklərdə iyirminci əsrə qədər qaldı. İtaliya, Türk müharibəsinin lap əvvəlində, (1911-1912-ci il.) şəhəri İtalyan qoşunları işğal etdi. İngilislərin qoşunları isə 1943-cü ildə şəhərə girdi, 8 il sonra Liviya paytaxtı Tripoli ilə birlikdə müstəqil