25 avqust 2012 - 19:30

M.Mursi: Bəzi ölkələrin İİR qarşısında apardıqları mənfi siyasətə baxmayaraq mən ölkəmizin İslam Respublikası ilə olan əlaqələrinə davam etdirməydə israrlıyam.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misir dövlətinin prezidenti cənab Muhəmməd Mursi ölkənin Xarici İşlər Nazirinin sabiq müavini Abdullah əl-Əşəl ilə görüşündə bildirib: “İran İslam Respublikasına edəcəyim səfər Misir xalqı və dövlətinin məmafelərinə tam uyğundur.”

Mursi daha sonra deyib: “İran İslam Respublikası Yaxın Şərqdə xüsusi ilə də Suriya məsələsində böyük həlledici rola malikdir. Bəzi ölkələrin İİR qarşısında apardıqları mənfi siyasətə baxmayaraq mən ölkəmizin İslam Respublikası ilə olan əlaqələrinə davam etdirməydə israrlıyam.

Xatırladaq ki, son günlərdə Mursi cənablarının İİR-a səfər etməsi və Qoşulmama Hərəkatının Liderlərinin 16-cı Zirvə Toplantısında iştirak etməsi ilə bağlı Avropa Birliyi və xüsusi ilə də ABŞ kəskin sürətdə öz narazılığın bildirmiş və Mursini Tehran səfərindən saxlamağa çalışmışlar. Lakin bütün bu təzyiqlərə baxmayaraq Muhəmməd Mursi cənabları Çinə səfər etdiydən sonra Tehrana, Qoşulmama Hərəkatı Liderlərinin 16-cı Zirvə Toplantısında iştirak etməydən ötrü yollanacağın bildirmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır