Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ankarada Türkiyə və ABŞ rəsmiləri Suriyadakı terrorçu qruppalara silah və maddi yardım məqsədi ilə “ilk dəfə” rəsmi görüş keçirib.
Görüş zamanı hərbi koordinasiya, kəşfiyyat və siyasi cavabları əhatə edən əməliyyat planlaşdırması məsələsi müzakirə edilib.
Bu gün Dəməşqdə danışan Suriyanın xarici işlər naziri Feysəl Miqdad Türkiyəni müxalif qüvvələri silahla təmin etməsin ifşa edib.
Miqdad bu həftə Yaponiya jurnalisti Mika Yamamotonun öldürülməsinə görə təəssüf hissini dilə gətirib. Lakin Nazir jurnalistin ölkəyə necə daxil olduğunu sual altına alaraq, hökumətin onun qətlinə görə cavabdehlik daşımadığını deyib.
Yaponiyalı jurnalistin döyüşlər zamanı öldürüldüyü, Əl-Hürrə televiziyasının 2 jurnalistinin isə itkin düşdüyü deyilir.
Yaponiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, 45 yaşlı Mika Yamamoto ölkənin şərqindəki Hələb şəhərinə güllə ilə vurulub. Baş qərargahı Tokyoda yerləşən Yapon Press-də çalışan jurnalist bir vaxtlar Əfqanıstan və İraqda işləyib.
P.S: Burada belə bir əsas sual yarana bilər ki, xarici jurnalistlər Suriya Hökümətindən icazə almadan qeyri qanuni yollar ilə bu ölkəyə daxil olaraq terrorist düşərgələrində nə işlə məşğul imişlər?!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır