21 avqust 2012 - 19:30

600 ravvinin adı "barackobama.com/rabbis" internet səhifəsinə yerləşdirilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri öncəsi demokratların namizədi Barak Obama önəmli dəstək qazanıb.

Müxtəlif ölkələrdə yaşayan və sayları 600 olan ravvin, Barak Obamanı növbəti dəfə ABŞ prezidenti kimi görmək istədiyini açıqlayıb. Bunun üçün yəhudilər yeni kompaniya təşkil edərək qaradərili namizədi dəstəklədiklərini nümayiş etdirib.

Qeyd edək ki, "Ravvinlər Obama üçün" adlı kompaniya keçirən yəhudilər, Barak Obamanın İsraillə bağlı apardığı siyasətlə razı olduqlarını və buna görə onu dəstəklədiklərini bildiriblər. Sayları 600 ravvin olan yəhudilərin adları "barackobama.com/rabbis" internet səhifəsinə də yerləşdirilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır