Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən 21 avqust 2012 il tarixində Azərbaycan İslam Oyanışı Hərəkatının ilk şəhidi Hacı Vaqif Abdullayevin 40 mərasimi keçirilib.
Mərasim mərhumun yaşadığı evin həyətində baş tutub. Məclisə çox sayda Bakıdan və Azərbaycanın müxtəlif rayonlarından inanclı insanlar, ruhanilər gəliblər. Ruhanilər məclisdə şəhidlik barədə, Allahın dinini müdafiə etmək barədə çıxış ediblər.
Daha sonra 16:00-da mindən çox insanın müşaiyəti Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayevin qəbiri ziyarət edilib. Onlar "Allahu Əkbər!", "Biz ölərik zülmə boyun əymərik", "Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız", "Zalımlar məhv olsun" şüarları səsləndiriblər.














Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır