Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bosniyada çoxlu sayda müsəlmanlar səadətli Fitr Bayramı günü Sarayevoda bayram namazın qılıblar.
Paytax Sarayevoda yerləşən “Qazi Xosrov Bəy” adına Came Məscidində bayram namazına “Əfəndi Mustafa Seriç” rəhbərliy edib.
Cəmiyyətin həddən artıq izdihamlı olmasına görə, müsəlmanlar Came Məscidinin ətrafındakı xiyabanlar və küçələrə tökülüşərək orada namaz qılmağa məcbur olublar.
Daha sonra Sarayevo Müsəlmanları Fitr Bayramının sabahısı günü 90-cı illərdə Serb millətçiləri tərəfindən qətlə yetirilmiş müsəlman Şəhidlərini ziyarət ediblər.
Ziyarət mərasimində Bosniya Üləmalarının rəisi Əfəndi Mustəfa Seriç, mərhum Əli İzzət Bəyoviçin oğlu Baqir İzzət Bəyoviç, Bosniya və Herseqovina Prezident Şurasının halhazırkı sədri və Sarayevo şəhid ailələri iştirak etmişlər.
Xatırladaq ki, 1995-ci il Bosniya və Herseqovinada Serb millətçilərinin müsəlmanlara qarşı yürütdüyü soyqırım başa çatdıqda, rəsmi Bosniya Şəvval ayının ikinci günün (yəni Fitr Bayramının sabahısı gün) “Şəhid Günü” elan edib.
Bosniya hadisəsi müasir tarixin ən faciəli hadisələri kimi qeydə alınıb. Bosniya faciəsində 300 mindən artıq müsəlman ABŞ, Avropa Birliyi, Rusiya başda olmaqla, işğalçı sionist rejiminin fərmanı ilə vəhşicəsinə şəhid edilmişdir. Bosniyada bu günə kimi, hələ də müsəlmanların Serb millətçiləri tərəfindən kütləvi sürətdə diri-diri torpağa bastırılmış məzarları tapılmaq üzrədir.
Əlavə məlumat əldə etmək üçün, bu linkləri tıklaya bilərsiz:
Tehran Serbrenitsa soyqırımını pislədi + FOTO
Bosniyada qətliamın 17-ci ildönümü qeyd edilir

















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır