Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraqın paytaxtı Bağdadda terror hadisəsi baş verib.
Bağdadın qərb məntəqəsində baş verən terror hadisəsində “Əhli-Sünnə Fətva Heyəti”nin katibi və onunla yanaşı üç nəfər cangüdən həlak olub.
İraq polis şöbəsindən verilən xəbərə görə, terror aktı maşın dayanacağındakı maşınlardan birinə yerləşdirilmiş bombanın partlayışı nəticəsində həyata keçmişdir.
Qeyd edək ki, qeyd olunan hadisə bu gün səhər Fitr Namazın qılan sünni alimi Bağdadın qərbindəki “əl-Yərmuk” məntəqəsində yerləşən “Ömər Muxtar” məscidindən çıxarkən baş verib.
Hadisə ilə bağlı polis artıq təftiş işlərinə başlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır