15 avqust 2012 - 19:30

Anar Qasımlı: Ötən istintaq müddətində heç bir araşdırılma aparılmayıb və hər hansı bir yeni ittiham irəli sürülməyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəməsi keçirilib.

Anar Qasımlının İslamazeri.az-a verdiyi xəbərə görə, bu gün müvəkkili jurnalist Nicat Əliyevin istintaq müddətinin uzadılması ilə bağlı məhkəməsi keçirilib.

Məhkəmə istintaq müddətinin daha 2 ay uzadılmasına qərar verib. Anar Qasımlı bildirib ki, ötən istintaq müddətində heç bir araşdırılma aparılmayıb və hər hansı bir yeni ittiham irəli sürülməyib.

Xatırladaq ki, Nicat Əliyev may ayının 20-si özünü MTN əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılmış və cibindən narkotik "çıxarılmışdır". Baş redaktor C.M.-nin 234.1-ci maddəsi ilə ittiham olunur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır