14 avqust 2012 - 19:30

Lökbatan ruhanisi Hacı Füzuli Novruzov təqribən 15:00 radələrində torpağa tapşırılacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 16 saylı ümumi cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş Lökbatan ruhanisi Füzuli Novruzov, qəsəbə qəbristanlığında dəfn olunacaq.

Bu barədə FaktXeber.com-a Lökbatan məscidinin axundu Hacı Faiq Əhmədov məlumat verib. Qəsəbə axundunun sözlərinə görə, hazırda mərhum Fizuli Novruzovun cəsədinə meyyit qüsulu verilir. Təqribən 15:00 radələrində Lökbatan ruhanisi Hacı Füzuli Novruzov torpağa tapşırılacaq.

Qeyd edək ki, Füzuli Novruzov bu ilin fevral ayında kütləvi həbslər zamanı saxlanılmış, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ŞƏRLƏNƏRƏK 1 il azadlıqdan məhrum edilmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır