Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən artıq ikinci gündür ki, Bakıda, Gəncədə və Sumqayıtda kürd əsilli, həmçinin PKK-ya simpatiyası olan şirkət, kafe və digər biznes strukturlarından pul yığılır.
İri şirkətlər 10 min manat, yerdə qalanlar isə 2-5 min manat arası pul ödəməyə başlayıb.
Qeyd edilir ki, pul yığımına Bakıda bir zamanlar Bakı Dövlət Universitetində təhsil alan və hazırda metronun “Gənclik” stansiyasından Ayna Sultanovayadoğru gedən yol üstündə ki, türk lokantasına nəzarət edən şəxs rəhbərlik edir.
Mənbə bildirir ki, sonuncu dəfə belə pul yığımı 2 il öncə olmuşdu və onda aydın idi ki, pulların bir hissəsi Türkiyəyə, digər hissəsi isə Almaniyaya göndərildi. Amma sonra nədənsə yüksək səviyyəli bir məmurun sözü ilə bu kampaniya dayandı. Həmin vaxt isə pul yığımına icra başçılarından biri nəzarət edirdi. İndi isə kampaniyaya yenidən start verilib.
Xəbərlə bağlı bu linki tıklayaraq oxuyun: İsrailin maraqlarına uyğun, Azərbaycana kürd köçü!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır