12 avqust 2012 - 19:30

Yüzlərlə narazı aksiya iştirakçıları Barakın iqamətgahı qarşısına toplaşaraq “İrana qarşı müharibəyə YOX” şüarları səsləndiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fələstin torpaqlarını işğal etmiş qondarma israil rejimində müdafiə naziri Ehud Baraka qarşı narazılıqlar səngimir.

Yüzlərlə narazı aksiya iştirakçıları Barakın iqamətgahı qarşısına toplaşaraq “İrana qarşı müharibəyə YOX” şüarları səsləndiriblər.

Aksiya zamanı qondarma israil rejimininin İran İslam Respublikasına qarşı yürütdüyü siyasət tənqid olunub.

İştirakçılar baş nazir Binyamin Netanyahu ilə müdafiə naziri Ehud Barakdan hücum eləmək əvəzinə İran məsələsində ABŞ və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməsini istəyiblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır