12 avqust 2012 - 19:30

İmam Xamenei: İİR rəsmiləri və xalqını təbii fəlakətdən zərərçəkənlərin ağrılarını azaltmaq üçün böyük səy sərf etməyə çağırıram

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dünya Müsəlmanlarının Ali Dini Lideri, Ayətullah Seyid Əli Xamenei İran islam Respublikasının Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Başsağlığı məktubunda deyilir: “Zəlzələdə həyatını itirənlər üçün Allahdan rəhmət diləyir, onların qohumlarına və təbii fəlakətdən zərərçəkənlərə səbir, yaralılara Allahdan şəfa diləyirəm. Meydana gələn zəlzələdən dərin kədər hissi keçirir, İİR rəsmiləri və xalqını təbii fəlakətdən zərərçəkənlərin ağrılarını azaltmaq üçün böyük səy sərf etməyə çağırıram”. 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır