11 avqust 2012 - 19:30

Məlumatlara görə, «gərgin iş yorğunluğundan» sonra bəzi məmurlar həmin oteldə müxtəlif ölkələrdən gətirilmiş qadınları sifariş edərək, onlarla əylənirlər...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bədnam “evrovision” 2012 fəsad müsabiqəsinin uğursuz həyata keçməsinə baxmayaraq ölkəni idarə edən “komanda”nın sadiq muzdurları müxtəlif yollara əl ataraq məhz Fəsadın ictimaiyyətdə yayılmasına səy edirlər. Belə ki, dia.az saytına daxil olan məlumatda bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin qudası Hacı Mazan Azərbaycanda bir sıra fəsad mərkəzləri açaraq əxlaqsızlığı rejim məmurları səviyyəsində yaymaqla məşğuldur.

Azərbaycanda bir çox qaranlıq biznes fəaliyyəti ilə bağlı adı hallandırılan Hacı Mazan həmçinin onlarla obyektə də sahibdir ki, onların da əksəriyyəti işlə bağlı yetərincə şübhəli məqamlar var.

Dia.az-ın iddiasına görə, mötəbər mənbədən redaksiyalarına bildirilib ki, Masallı rayonu ərazisində Hacı Mazana aid onlarla restoran, mağaza, otel və müxtəlif iaşə obyektləri fəaliyyət göstərməkdədir. Amma onların arasında biri var ki, həmin obyekt əslində heç də adına uyğun şəkildə istismar olunmur. Söhbət Masallının Qəriblər kəndi ərazisində yerləşən «Viləş» Hoteldən gedir.

Mənbə bildirir ki, əslində paytaxtdakı bir çox məmurlar üçün «xəlvət» funksiyasını həyata keçirən «Viləş» Hotelin bu günə kimi toxunulmaz qalmasının və dövlətin müvafiq qurumlarının hər hansı tədbirinin hədəfinə çevrilməməsinin əsl səbəbi məhz həmin otelin arxasında Hacı Mazanın dayanması və bu otelin xidmətlərindən daha çox məmurların istifadə etməsi faktları dayanmaqdadır.

Məlumatlara görə, «gərgin iş yorğunluğundan» sonra bəzi məmurlar həmin oteldə müxtəlif ölkələrdən gətirilmiş qadınları sifariş edərək, onlarla əylənirlər ki, bunun da müqabilində çox böyük məbləğdə pullarını verirlər. Həmin oteldə təsadüfi adamlara isə çox nadir hallarda rast gəlmək mümkündür.

Qeyd edək ki, bu obyektin fəaliyyətilə bağlı bu günə kimi mətbuatda dəfələrlə yazılsa da, Hacı Mazanın adı ilə həmin KİV-lər susdurulub. Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin isə nəyin müqabilində susduğunu təxmin etmək o qədər də çətin deyil. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq…

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır