11 avqust 2012 - 19:30

“Bütpərəst Yürüşü”nün nəticəsində azı 53 Müsəlman şəhid, 400,000-dən artıq Müsəlman isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq, ev-eşiylərindən didərgin düşmüşlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Hindistan polis alayları ilə Bombeydə etiraz aksiyasına qalxmış Müsəlmanlar arasında yaranan qarşıdurma nəticəsində 18 nəfər yaralanmışdır.

Hindistan polis alayı “Asam” əyalətindəki Müsəlmanların soyqırımına etiraz əlaməti olaraq aksiyaya çıxmış, minlərlə müsəlmanlara qarşı, soyuq silahdan da istifadə etmişdir.

Polis Komisarı Arap Patnayk olayla bağlı verdiyi açıqlamasında deyib: “Hindistanın İqtisadi Paytaxtı sayılan Bombey şəhərində, polis alayı ilə Müsəlmanlar arasındakı qarşıdurmada 13 polis və 5 etirazçı Müsəlman yaralanmışdır.”

Qeyd edək ki, ədalətsizliylərə qarşı hiddətlənmiş aksiya iştirakçılsrı son keçmiş ay ərzində, “Asam” əyalətindəki Müsəlmanların soyqırımın televiziya tərəfindən lazımı həddə işıqlanmamasına etiraz əlaməti olaraq səyyar TV stansiyalarına məxsus üç kamyon maşını yandırmışlar.

Xatırladaq ki, keçən ay ərzində Bütpərəstlər qabaqcadan hazırlanmış xüsusi proqram üzrə “Asam” əyalətindəki Müsəlmanlara qarşı növbəti soyqırım siyasətin həyata keçirtmişlər. “Bütpərəst Yürüşü”nün nəticəsində azı 53 Müsəlman şəhid, 400,000-dən artıq Müsəlman isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq, ev-eşiylərindən didərgin düşmüşlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır