Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən həbsxanalarda vəziyyətin dözülməzliyi sirr deyil. Penitensiar Xidmətin rəhbəri dəyişdikdən sonra vəziyyətin də dəyişəcəyi düşünülürdü ki, hələlik bu baş verməyib. Qobustan həbsxanasında baş verənləri əsas götürsək, digərlərində də durumun eyniyyət təşkil etdiyini demək mümkündür.
Dünəndən etibarən Kürdəxanıdakı həbsxanada vəziyyət pisləşməyə başlayıb. Həbsxana rəhbərliyinin törətdiyi özbaşınalıq, saxlanılma şəraitinin bərbad vəziyyətdə olması, rüşvətin tüğyan etməsi və məhbuslarla qullara göstərilən münasibətin sərgilənməsi onları ayağa qaldırıb.
Məlumatda deyilir ki, yüzlərlə məhbus həbsxana rəhbərliyinə qarşı çıxaraq, onun vəzifəsindən azad edilməsini tələb edirlər. Həmçinin onlar tələb edirlər ki, saxlanılma şəraitləri yaxşılaşdırılsın və məhbuslarla insan kimi davranılsın.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır