24 iyul 2012 - 19:30

İmam Xamenei: Bir neçə imperialist dövlətin İran İslam Respublikasına qarşı çıxmasının səbəbi nüvə proqramı deyil, onlar ölkəmizdəki mövcud quruluşu istəmirlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ümum Dünya Ali Dini Lider, Seyid Əli Xamenei ölkə rəsmiləri ilə görüşündə deyib: “Bir zamanlar İİR gəmilərini hədəf alan və neft platformalarını bombardman edən düşmən bu gün İslam Respublikasına yaxınlaşmağa cürət belə edə bilməz”

İmam Xamenei həzrətlərinin sözlərinə görə, İran İslam Respublikasına qarşı sanksiyalara qoşulan digər ölkələr isə bu oyunun oyunçularıdır: “Ancaq ABŞ və İsrailin təzyiq və zorbalıq siyasətini bu şərtlərdə davam etdirməsi mümkün deyil. Elə İİR-na qarşı tətbiq olunmuş sanksiyadan 20 ölkənin azad edilməsi və bəzi Qərb ölkələrinin də bu sanksiyalardan yayınmaq səyləri mövcud şərtlərdə bu siyasətin davam etməsinin qeyri-mümkün olduğunu göstərir. Bu da müqaviməti davam etdirməyimizin labüd olduğunu ortaya qoyur”.

İmam Xamenei çıxışının davamında bildirib: “Təzyiqlər və sanksiyalar səbəbindən İran xalqı və rəsmiləri öz tutduqları mövqelərini yenidən nəzərdən keçirtməyəcəkdir. Biz möqeyimizi dəyişməyərək daha etibarla İran xalqının istədiyi yolana davam edəcəyik. Bir neçə imperialist dövlətin İran İslam Respublikasına qarşı çıxmasının səbəbi nüvə proqramı deyil, onlar ölkəmizdəki mövcud quruluşu istəmirlər. Bir zamanlar İran İslam Respublikası gəmilərini hədəf alan və neft platformalarını bombardman edən düşmən bu gün İslam Respublikasına yaxınlaşmağa cürət belə edə bilməz”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır