24 iyul 2012 - 19:30

Bunlar Elçin Quliyev və Bilal Əhmədovdur

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən iki il bundan öncə fevral ayının 13-də keçirilən yürüş zamanı həbs edilən 5 dindardan ikisi şərti olaraq azadlığa buraxılıb. Bunlar Elçin Quliyev və Bilal Əhmədovdur.

Digər tərəfdən bu ilin fevral ayında C.M-nin 234.1 maddəsi ilə həbs olunan Nardaran dindarı Dilavər Yaxşıbəyov da məhkumluq həyatından azad edilib. Dilavər Yaxşıbəyov fevral ayında dindarların kütləvi həbsi zamanı həbs olunmuşdu.

Qeyd edək ki, fevral ayının 13-də İslam Peyğəmbəri Həzrəti Muhamməd(s) və ikinci İmam Həsən(ə) –ın vəfat günü münasibəti ilə Xocalı soyqırımını anmaq üçün Şəhidlər Xiyabanına yürüş etmək istəyən dindarlar polislər tərəfindən döyülərək həbs olunmuşdu. Hazırda 13 fevral məhbuslarından 3 nəfəri Seynur Hüseynov, Elmar Səmədov və Ağaəli Yəhyayev məhkumluq həyatı yaşayırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır