22 iyul 2012 - 19:30

Bu gün Yaponiyanın qərbində anti-amerika aksiyaları təşkil olunub

Əhli Beyt -ABNA- xəbər agentliyi- France İnformasiya Agentliyinin Tokiodan verdiyi məlumata əsasən, yaponiyalı aksiyaçılar Amerikanın təcavüzkar siyasətləri və bu ölkədə yeni tranzit təyyarələri əleyhinə qəzəblərini elan ediblər.

Yaponiyanın qərb bölgəsində yerləşən Lavakani məntəqə sakinləri kiçik qayıqlara minərək MV22 tipli ABŞ təyyarəsinin ölkələrinə daxil olmasından narahat olduqlarını elan ediblər.

Halbuki Amerikanın bu təyyarələrini Ukinyaya gətirmə məsələsi gündəmdədir və yaponlar "təyyarələri Amerikaya qaytarın" şüarları verərək rəsmi Vaşinqtonun mövqeyi ilə zidd olduqlarını elan ediblər.

Amerika Yaponiyada 47 min hərbçi yerləşdirib ki, onların yarıdan çoxu Ukinava adasındakı düşərgədə məskunlaşıb. Bu hərbçilər indiyə qədər yaponlar üçün çoxlu problemlər yaradıb. Bu problemlərdən biri isə yapon qadın və qızlarına təcavüzdür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır