Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən saat 17:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun növbəti məhkəmə iclası keçirilib.
İlk şahid kimi Azadxeber.org saytının həbsdə olan baş redaktoru Nicat Əliyev dindirilib. O ifadəsində deyib: “Hacı Abgül bizim dəyərli, qeyrətli, ana-bacılarımızın hicabının qeyrətin çəkən namuslu ruhanimizdir. Söhbəti gedən papanin çıxışında Hacı Abgül insanları qəsb olunan haqqlarını müdafiə etməyə, qeyrətli olmağa, zülmə susmamağa çağırırdı. Bu gün Peyğəmbərin, İmam Əlinin və Qurani Kərimin əlləri qandallanıb. Çünki Hacı Abgül Süleymanov minbərdəki çıxışlarında daim Peyğəmbərdən, İmam Əlidən və Qurani Kərimdən misal gətirərək danışardı. Buna görədə Hacı Abgül Süleymanov qanunsuz şəkildə şərlənərək həbs olunub”.
Hakim, dövlət ittihamçısı və vəkillər jurnalist Nicat Əliyevə suallar verdilər.
Nicat Əliyevdən sonra məhkəmə iclasına vəkillərin öz hesabına gətirdiyi Ramin Bayramovun həyat yoldaşı Səfiyyə Bayramova dəvət olundu. O ifadəsində deyib: “İftara az qalmışdı. Qutab bişirirdik. Birdən pəncərədən baxanda gördüm ki, mülkü geyimli şəxslər qapınıdöymədən hasarı oppanıb həyətə düşürlər. Dərhal aşağı düşüb həyətdəkilərə bu barədə məlumat verdim. Onlar elə ayağa duranda mülkü geyimli şəxslər hacını yerə yıxıb apardılar. Bizdə əlimizdəki oxlovlarla o mülkü geyimliləri döyməyə başladıq. Onlar müqavimət göstərə bilməyib həyəti tərk etdilər. Qapını arxadan bağladılar, biz daha sonra nə olduğunu bilmədik. Hacını apararkən səf etmirəmsə əllərini qandalladılar.”
Bundan sonra məhkəmə zalına Mədinə Novruzova dəvət olundu. O ruhani Hacı Abgül Süleymanovun qaynanasıdır. Mədinə xanım ifadəsində deyib: “Lahıcdakı ev yoldaşıma məxsusdur. Hər il yay aylarını orda keçiririk. Həmişəki kimi bu il də yay aylarını orda keçirirdik. Bir gün həyətdə oturub xəmir açırdıq. Hacıda bizim yanımızda idi. Qızım Səfiyyə aşağı düşüb hasardan kimlərinsə tullandığını dedi. Biz elə ayağa qalxırdıq ki, onlar hücuma keçdilər. Mənim yeznəm kişi adamdı. Adam kimi çağırsaydılar gedərdi. Gizlənən deyildiki. Amma onlar nakişilik etdilər. Qadınların, uşaqların yanında öz vəhşiliklərini göstərdilər. Uşaqların gözündən hələ də onların vəhşilikləri getməyib. Hər şeyi dağıtdılar həyətdə. Sonra hacını tutub apardılar. Qapınıda çöldən bağladılar ki. Biz onların arxasınca gedə bilməyək. Mən Hacıdan razıyam. Allahda ondan razı olsun.”
Hal şahidi kimi məhkəməyə çağırılan Abdullayev Elçin teleqram vuraraq bildirib ki, xəstədi, məhkəmədə iştirak edə bilməyəcək.
Ağadadaşov Tərlan və Babayev Eldar ölkədə olmadıqlarına görə ifadələri oxunub.
Hakim gələn məhkəmə iclasını 27 iyul saat 16:00-a təyin edib.
Məhkəmədə iştirak etmək üçün çox sayda dindarlar gəlsə də, məhkəmə iclasına cəmi 15 nəfər buraxlıb. Bir çox dindar ruhani Abgül Süleymanovun şəkli olan və üzərində "Salam olsun Yusiflərə" yazılmış köynəklər geyiniblər.
Açıq keçirilən iclasda şahid qismində 6 nəfər dindirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır