18 iyul 2012 - 19:30

İşğalçı israil rejiminin şeytanpərəst deputatlardan biri parlamentdəki ofisində kameralar qarşısında xristianların müqəddəs kitabı “Əhdi-cədid”i cırıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fələstin torpaqların işğal edərək orada qondarma israil rejimin yaratdıqdan sonra dünya xalqlarının müsübətli günləri yaşanmağa başlandı.

Belə ki, işğalçı israil rejiminin şeytanpərəst deputatlardan biri parlamentdəki ofisində kameralar qarşısında xristianların müqəddəs kitabı “Əhdi-cədid”i cırıb.

“Huffington Post”un məlumatına görə, müqəddəs kitab ultra-millətçi Milli Birlik Partiyasının üzvü Mixael Ben-Ariyə poçt vasitəsilə xristian missionerlər tərəfindən göndərilib.

Ortodoks yəhudi olan Ben Ari kitabı görən zaman qəzəblənib. O bu kitab uğrunda milyonlarla yəhudinin öldürüldüyünü iddia edib. Ben-Ari kitabı cırıb və daha sonra məhv olmuş “İncil”-in yanında həyasızcasına duraraq şəkil çəkdirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır