17 iyul 2012 - 19:30

Yaxın zamanlarda onun etirafları yayımlanacaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyada Ərəbistanın kəşfiyyat idarəsinin polkovniki həbs olunub.

Nasir əl-Ərifi adlı bu şəxs vaxtilə Ərəbistanın bu ölkədəki səfirliyində diplomat kimi çalışıb. Amma 2009-cu ildə onun fəaliyyət müddətinin bitməsinə baxmayaraq, o Suriyanın Homs şəhərində məskunlaşıb.

Onun Ərəbistan və Qərbin kəşfiyyat orqanları ilə işbirliyi və bir çox xarici xəfiyyələrin Suriyada əməliyyatlar həyata keçirməsi üçün şərait yaratdığı sübuta yetirilib. Əl-Ərifinin 4 ay öncə yaxalanmasına baxmayaraq onun haqda məlumat yeni yayılıb.

Qeyd edək ki, onun etiraflarının yayımlanması böyük səs-küyə səbəb olacağı gözlənilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır