16 iyul 2012 - 19:30

Myanmadar müsəlmanlara qarşı zorakılıqların başlanmasından bəri on minlərlə nəfər ölüb və evsiz-eşiksiz qalıb.

Myanma mediaları buddistlərin müsəlmanlara qarşı son zorakılıqları zamanı təqribən 50 nəfərin həlak olduğundan xəbər veriblər.Fars Xəbər Agentliyinin Frans Press-ə istinadla verdiyi məlumata görə, Myanma KİV-ləri bildiriblər ki, Myanmanın qərbində gərginliklərin başlanmasından indiyə kimi 50 nəfər ölüb, 30 nəfər də evsiz-eşiksiz qalıb.Myanmada çıxan New Light qəzeti buddistlərlə müsəlmanlar arasında toqquşmaların başlanmasından bəri mayın 28-dən iyunun 14-nə kimi Myanmanın Raxin vilayətində 50 nəfər ölüb, 54 nəfər isə yaralanıb.Bu məlumata görə, təqribən 31900 nəfər evlərinin yandırılmasına görə evsiz-eşiksiz qalıb və 37 düşərgədə yerləşib.BMT-nin məlumatına görə, Myanmanın Raxin vilayətində Ruhinqya müsəlmanları azlıq təşkil edirlər və bu toqquşmalarda ən çox zərər çəkən tərəfdirlər.Myanmada təqribən 800 min müsəlman yaşayır. Onlar əsasən ölkənin qərbində yaşayırlar.Bu məlumata görə, Myanmada müsəlmanlara qarşı kobudluqların səbəbi bu ölkə hökumətinin müsəlmanları xarici adlandırmasıdır. Amma, Myanma əhalisi onları Banqladeşdən gəlmiş qeyri-qanuni müsəlman mühacirlər hesab edirlər.Myanmada gərginlik buddistlərin sərnişinləri müsəlman olan bir avtobusa hücum etmələrinin və bir qadını öldürmələrinin ardınca başlanıb.Myanmanın Milli Birlik Təşkilatının  məlumatına görə, Myanmanın qərbində gedən toqquşmalar və evlərin yandırılması nəticəsində təqribən 90 min nəfər evsiz-eşiksiz qalıb.İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu deyib: Ötən 30 ildə Ruhinqa müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir.İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.