Kofi Annan bazar ertəsi günü (16 iyul) Vladimir Putin ilə görşmək məqsədi ilə Moskvaya səfər edəcək və orada Suriya məsələlərini müzakirə edəcək.
Bazar günü (15 iyul) Kreml sarayı bir bəyanatda bildirib: Annan bazar ertəsi günü (16 iyul) Moskvada səfərdə olacaq və Putin ilə yanaşı Rusiyanın xarici işlər naziri ilə də fikir mübadiləsi aparacaq.
Kofi Annan Sergey Lavrov ilə görüşdə beynəlxalq müşahidəçilərin Suriyada missiyalarının müddətinin 3 ay uzaldılması haqda müzakirə aparacaq.
Beynəlxalq müşahidəçilərin hazırkı missiyası iyul ayının 21-də başa çatacaq.