Son etirazlar görkəmli şiə ruhanisi Şeyx Nəmər Baqir Əl-Nəmərin həbsinə görə baş verib.Həbsin ardınca qəzəbli gənclər Mədinə şəhərində Məscid Əl-Nəbiyə daxil olaraq "Allah Əkbər" şüarı veriblər. Sonra isə Ərəbistan qüvvələri vəziyyəti nəzarət altına almaq üçün Mədinə şəhərinin müxtəlif yerlərində təhlükəsizlik tədbirləri görüblər.Mədinədə etirazların artması ilə bu şəhərdə polis və təhlükəsizlik qüvvələri xüsusi iş rejiminə keçib və şəhərdə heç cür toplaşmaya icazə verilmir.Bundan əlavə Mədinənin ayrı-ayrı məhəllələrində atışma səsinin eşidildiyi bildirilir. Bəzi xəbərlər Ərəbistan paytaxtında da narazılıqların şiddətlənməsinə dəlalət edir.
15 iyul 2012 - 19:30
Xəbər kodu: 329378
Ərəbistan xalqının etiraz dalğası ölkənin mühüm şəhərlərinə, o cümlədən paytaxt Ər-Riyyad və Mədinə şəhərinə sıçrayıb. Bununla da etiraz aksiyaları yeni mərhələyə daxil olub.