Beynəlxalq “Qadınlar və İslami Oyanış” Konfransı bir bəyanat qəbul edərək işini yekunlaşdırıb.10 iyul 2012-ci il tarixində işə başlayan iki günlük konfransda dünyanın 85 ölkəsindən 1200 və 300 iranlı qadın fəal iştirak edib.Müxtəlif milli, irqi və etnik mənsubiyyətlərə malik olan müsəlman qadın fəallar bu konfransda siyasi və ictimai hadisələrdə qadınların roluna təkid etməklə yanaşı, qadınların üzləşdikləri problemləri də araşdırıblar.Elmi, siyasi, ictimai və mədəni sahədə aktiv iştiraka malik olan bu qadınlar region ölkələri hadisələrində qadınların rolunu araşdıraraq, ailə və cəmiyyətdə qadınların rolunun və mövqeyinin möhkəmləndirilməsini diqqət mərkəzində saxlanılmalı olan məsələ adlandırıblar.
12 iyul 2012 - 19:30
Xəbər kodu: 328849
Beynəlxalq “Qadınlar və İslami Oyanış” Konfransı bir bəyanat qəbul edərək işini yekunlaşdırıb