11 iyul 2012 - 19:30

Azərbaycan İslam Partiyasının həbsdə olan sədr müavini hacı Vaqif Abdullayev dünyasını dəyişib.

“Faktxeber.com” saytı dustağın ailə üzvlərinə istinadən xəbər verir ki, hacı Vaqif Abdullayev Pentensiar Xidmətinin müalicə müəssisəsində dünyasını dəyişib. Ailə üzvləri həmçinin bildiriblər ki, iyulun 11-də Vaqif Abdullayevlə görüşmək istəmələrinə baxmayaraq, onlara görüşə icazə verilməyib.Vaqif Abdullayev may ayında müalicə müəssisəsinə köçürülmüşdü. Onun qan xərçəngi xəstəliyinə tutulduğu ehtimal olunurdu. May ayından Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə yerləşdirilən dustağın müayinəsi aparılmışdı, vəziyyəti ağır qiymətləndirilirdi və son diaqnozun bir neçə günə bilinəcəyi deyilirdi.Azərbaycan Respublikasının orta məktəblərində hicab qadağan edildikdən sonra xalq tərəfindən etirazlara başlandı. Hökumət etirazçılar, ruhanilər, AİP-in funksionerləri və hicab müdafiəçilərinin kütləvi həbsinə başlanıldı.Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama maddələri ilə təqsirli bilinirdi.

Allah rəhmət eləsin!