Həzrət Ayətullah əl-Üzma Xamenei bu gün çərşənbə mindən artıq ali təhsilli, ziyalı və mücahid qadınla görüşdə qadınların əzəmətli islami oyanış hərəkatındakı rolundan məmnun qaldığını söyləyib və İran İslam İnqilabının qələbəsində qadınların bərəkətli iştirakına toxunaraq bildiriblər: Mübarək islami oyanış hərəkatında qadınların fəal iştirakı heç şübhəsiz müsəlman xalqlar üçün böyük nailiyyətlər qazandıracaq .
O Həzrət dünyanın 85 ölkəsindən görkəmli qadınların Tehranda keçirilən beynəlxalq konfransa qatılmasını İslam dünyası qadınlarının bir-birlərinin əhvalatından xəbərdar olmaları üçün mühüm fürsət sayaraq buyurublar: Bu iclasda fikir mübadiləsi müsəlman qadınların öz həqiqi şəxsiyyətlərinə qayıtmalarına bir başlanğıc olmalıdır.
Dünya müsəlmanlarının Vəliyi-Əmri Qərbin müsəlman qadınları öz islami mentalitetindən uzaqlaşdırmaq üçün hərtərəfli və 100 illik cəhdlərinə toxunaraq deyiblər: İslam dünyasının ziyalı qadınları tərəfindən atılan addımlar İslam ümmətinə böyük xidmətdir. Çünki qadınların öz kimliklərini tanıması və bəsirəti islami oyanış cərəyanına iki qat təsir buraxmaqla bərabər İslam ümmətinin izzətini artıracaqdır.
Həzrət Ayətullah əl-Üzma Xamenei Qərbin qadına baxışını təhqiramiz sayaraq xatırladıblar ki, qərblilər öz mədəniyyətlərinin dərinliyində qadını bir əmtəə və vasitə bilib hədəflərinə çatmaq üçün ondan sui-istifadə edirlər. Halbuki tam riyakarlıqla bu alçaq və yayındırıcı baxışın adını azadlıq qoyurlar. Necə ki xalqları qarət etməyə, qətliamlara və müharibə salmaqlarına azadlıq, demokratiya və insan haqları adını verirlər.
İslam İnqilabının Böyük Rəhbəri islamın qadına baxışını Qərbin bu baxışı ilə daban-dabana zidd sayaraq qeyd ediblər ki, İslam qadına izzət və kəramət istəyir, onun üçün müstəqil şəxsiyyət nəzərdə tutur və mentalitetinə önəm verir.
Dünya müsəlmanlarının Vəliyi-Əmri Amerika və Sionizm başda olmaqla imperialist dövlətlərin islami oyanış dalğası bərabərində baş gicəllənməsi tutmalarına toxunaraq onların bu hərəkatı müsadirə etməyə cəhd etdiklərini vurğulayıblar. "Əgər müsəlman xalqlar bu intriqanın bərabərində müqavimət göstərib səhnədə qalsalar, onların imperializm dünyasının üzərində qələbəsi şəksizdir. Çünki hegemonçu dövlətlərin qılıncı artıq kəsmir və xalqların imanı qarşısında onlar diz çökmüşlər"-deyə Böyük Rəhbər qeyd ediblər.
İslam İnqilabının Böyük Rəhbəri sonra Qərb dövlətlərinin İranı Fələstin xalqına dəstək verməkdən uzaqlaşdıra bilməməsinə işarə edib və deyiblər: Şiə-sünni məsələsi İran üçün heç bir önəm kəsb etmir, bu dövlət bütün müsəlman qardaşların yanındadır.










