Görüş zamanı Əli Əkbər Vilayəti cənabları İran və Azərbaycan arasında böyük ortaq maraqların olmasına, bütün kənar səylərə rəğmən, dərin əlaqələrin mövcudluğuna diqqət çəkmişdir.“Kənar ölkələrin Azərbaycana etdikləri təzyiqlərə baxmayaraq, İranla Azərbaycanın münasibətləri dəyişməz mehriban olaraq qalacaqdır” – deyə doktor Vilayəti vurğulamışdır.Vilayəti ümid etmişdir ki, dünyada baş verən İslami oyanış 2 ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəkdir.Görüş zamanı İlqar İbrahimoğlu bildirmişdir ki, inancımızın dəyərləri, eləcə də İslamın intibahı prosesi Azərbaycan xalqı üçün ən mühüm mövzulardandır.Hacı İlqar İbrahimoğlu görüş zamanı xüsusi vurğulamışdır ki, Azərbaycan inanclılarının Qarabağ məsələsində İran İslam Cümhuriyyətindən ciddi gözləntiləri vardır. Hacı İlqar İbrahimoğlu cənab Vilayətinin diqqətinə çatdırmışdır ki, artıq 20 ildir müsəlman torpağı olan Qarabağ işğal altındadır və xalqımızın bütün müsəlman dünyasından bu torpaqların geri qaytarılması istiqamətində ciddi səy göstərməsi ilə bağlı gözləntisi vardır.
İlqar İbrahimoğlu Ali Dini Rəhbər Xameneyi cənablarının ali müşaviri ilə Qarabağ mövzusunu müzakirə etdi
11 iyul 2012 - 19:30
Xəbər kodu: 328522
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Ali dini rəhbər Seyyid Əli Xameneyi cənablarının beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti ilə görüşmüşdür. Bu barədə “Farsnews” informasiya agentliyi məlumat verir.