Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən BMT-nin Suriya üzrə beynəlxalq vasitəçisi Kofi Annan, bu gün ölkə prezidenti Bəşşar Əsəd ilə görüş keçirib.
Suriyanın paytaxtı Dəməşq şəhərində baş tutan görüş zamanı, ölkədə hökm sürən böhrandan çıxış yolları müzakirə olunub. Suriya prezidenti ilə budəfəki görüşdən razı qaldığını söyləyən Kofi Annan, problemlərin həlli istiqamətində yeni razılıq əldə olunduğunu bildirib. Bu barədə ictimaiyyətə "France-Presse" agentliyi məlumat yayıb.
Qeyd edək ki, əldə olunan yeni razılaşma barədə mətbuata məlumat verməyən BMT-nin Suriya üzrə beynəlxalq vasitəçisi Kofi Annan, ancaq onun şərtləri barədə yerli müxalifətin bu yaxınlarda məlumatlandırılacağını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır