7 iyul 2012 - 19:30

Cənab Purdəst: “İran İslam Respublikasının keçirtdiyi Hərbi Təlimlər qonşu ölkələr üçün sülh və dostluq mənasın daşıyır”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən General Əhməd Rıza Purdəstan mediya qarşısında verdiyi açıqlamada bildirib: “«Həzrəti Qim (Allah zuhurun tezləşdirsin)» adına keçirilən hərbi təliml, İran İslam Respublikası Qoşunlarının həyata keçirtdiyi sil-siləvari təlimlərin bir hissəsidir”.

İslam Qoşunlarının təlimlərinin, sabah 9 iyul tarixindən başlayaraq beş gün ərzində davam edəcəyini bildirən General Purdəst deyib: “İran islam Respublikası Qoşunlarının cari ildəki proqramlarına əsasən, səkkiz Hərbi Təlimlər həyata keçirilməlidir ki, bu günəcən təlimlərin üçün müvəffəqiyyətlə həyata keçirmişdir”.

İslam Qoşunlarının Komandir sözünün davamında qeyd edib ki, İslam Respublikası Silahlı Qüvvələrinin müxtəlif bölmələri hərbi akademiyalarda tədris və teorika müddətini bitirdikdən sonra praktikalarını Hərbi Təlimlər zamanı müvəffəqiyyətlə ələ gətirirlər.

Cənab Purdəst son olaraq bildirib: “İran İslam Respublikasının keçirtdiyi Hərbi Təlimlər, qonşu ölkələr üçün sülh və dostluq mənasın daşıyır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır