Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən, əliyevlər rejimində, saat 15:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun növbəti qondarma məhkəmə iclası keçirilib. Qurama məhkəmə prosesinə çoxlu sayda dindarlar gəlsə də, məhkəmə iclasına 15 nəfər daxil ola bilib. Yaranmış vəziyyətə görə, dindarlar öz etirazını bildiriblər. Qurama məhkəməyə Azadxeber.org saytının müxbiri məhkəmə iclasına daxil olmaq istəsə də, ona icazə verməyiblər. Səbəbini soruşduqda isə bu sözləri deyiblər: "Yuxarıdan tapşırılıb, biz kimik ki?!". Lakin bir neçə jurnalistin qurama məhkəmə iclasına daxil olmasına icazə verilib
Açıq keçirilən iclasda şahid qismində 6 nəfər dindirilib.
İlk Yalançı şahid qismində Əlişov Şamil dindirilib. O ifadəsində bildirib ki, mən protokol tərtib olunanda orda olmuşam. Stolun üzərinə qoyulmuş silah-sursatları mənə göstərdilər. Daha sonra protokolu oxudular. Məndə imza atdm.
Daha sonra Yalançı dövlət ittihamçısı və vəkillər Yalançı şahidə suallar veriblər.
Vəkil - Siz Hacı Abgül Süleymanovun evinə nə vaxt gəldiniz?
Yalançı Şahid - Axşam tərəfi gəldim. Mənə dedilərki bir nəfər gələcək və məndə onu gözləməli oldum.
V - Hacı Abgül Süleymanovun mənzili neçənci mərtəbə yerləşirdi?
Y. Ş - 1-ci mərtəbə
V - O bir nəfər deyilən insanı hardan gözləyirdiniz?
Y. Ş - Binanın blokunun qarşısında
V - Blokun qabağında kimlər var idi?
Y. Ş - 15-20 nəfər
V - Mənzilin qapısın sizin iştirakınızla açdılar?
Y. Ş - Xeyr başqa şahidin iştirakı ilə, mən yalnız stolun üzərində gördüklərimi protokolda oxuyub imzalamışam
Ədalətsiz Hakim - Siz ifadənizdə bildirmisiniz ki, mən gördüm yataq otağında yastığın altından silah çıxartdılar. Bununla bağlı nə deyə bilərsiniz?
Y. Ş - Cənab hakim o yadımda deyil, sadəcə gördümki, sotulun üstündə silahlar var.
V - Kim var idi mənzildə?
Y. Ş - MTN əməkdaşları və 3 ya 4 nəfər hal şahidi
V - İçəridə sizin nəzərinə çarpan nə var idi?
Y. Ş - İçəridə təmir işləri gedirdi.
V - Axtarışda iştirak etmişdinizmi?
Y. Ş - Xeyr.
V - Qapını nə ilə açdılar?
Y. Ş - Kəsici alət olan laqonda ilə.
V - O dediyiniz şəxslər qapını açanda içərdi daxil oldular?
Y. Ş - Bəli, amma mən orda yox idim
Daha sonra ədalətsiz hakim Mail Bayramov Yalançı hal şahidi Əlişov Şamilin istintaqda verdiyi ifadəni oxuyub və digər şahidi məhkəməyə çağıtdırdı.
Bundan sonra iclas zalına haqq şahidi qismində fəlsəfə doktoru Mail Yaqubov dəvət olundu. O ifadəsində bildirib ki, Hacı Abgül Süleymanovu 2003-cü illərdən tanıyır. Savadlı alimdir. Mömin adamdır. Yaqubov Mail daha sonra Yalançı dövlət ittihamçısının suallarını cavablandırıb. Mail Yaqub sonda ədalətsiz hakimə bildirib ki, məhkəmə bu cür ruhanilərə ədalətli hökm çıxarmalı və onların cəmiyyətdəki nüfuzunu nəzərə almalıdır.
Daha sonra Yalançı şahid qismində Qurbanzadə Dilqəm dindirilib. O, özün təqdim etdikdən sonra vəkillərin sualların cavablandırıb.
V - Sizi necə olduki hal şahidi kimi işə daxil etdilər?
Y. Ş - Uşaqlarnan Lahıc kəndində çay içirdik. Gördümki iki maşın gəldi 1 nəfər özünü MTN əməkdaşı olaraq təqdim etdi və məndən Yalançı hal şahidi olmağımı istədilər. Məndə qəbul etdim.
V - Siz Hacı Abgül Süleymanovun üzərindən çıxan maddənin nə olduğunu gördünüzmü?
Y. Ş - Birinci dəfə idiki elə bir şey görürdüm, bildirdilər ki, narkotik maddədi.
Bu zaman Hacı Abgül Süleymov Ədalətsiz hakim Mail Bayramova bildirib ki, necə oldu ki, mənim üzərimdən çıxan maddəni ekspertizadan araşdırmamış narkotik olduğunu təyin etdilər? Bu zaman Yalançı şahid Qurbanzadə Dilqəm həyasızcasına Hacı Abgül Süleymanova dedi ki, yekə kişisən üzündəki saqqalından utan. Yalançı şahidin bu sözü məhkəmədə iştirak edən insanların etirazına səbəb olub. Hacı Abgül Süleymanov da təəcüblə bildirib ki, mən neynədim ki, bu insan mənə “üzündəki saqqalından utan” deyir. Yalançı Şahid