4 iyul 2012 - 19:30

Qurama məhkəmənin təxirə salınmasının səbəbi Yalançı şahidlərin məhkəmə iclasına gəlməməsi olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən sabah 6 iyul tarixində əliyevlər rejiminin antiİslam siyasətlərinin qurbanlarından biri olan, Azərbaycan xalqının tanınmış Ruhanisi Hacı Abgül Süleymanovun növbəti qondarma məhkəmə prosesi keçiriləcək.

Bu barədə SalamNews-a ruhaninin vəkili Rüstəm Zülfüqarov bildirib.

Vəkil deyib ki, iyunun 25-də təxirə salınan qondarma prosesə iyulun 6-da saat 15:00-a təyin olunub. Qurama məhkəmənin təxirə salınmasının səbəbi Yalançı şahidlərin məhkəmə iclasına gəlməməsi olub. Sabahkı məhkəmə prosesində şahidlərin dindirilməsi gözlənilir.

Xatırladaq ki, ruhani Hacı Abgül Süleymanov 2011-ci il avqust ayının 11-də Lahıcda qayınatasının evində olarkən, heç bir günahı olmadığı halda mövcud rejimin təhlükəizlik nazirliyinin muzdurları tərəfindən vəhşicəsinə həbs olunub. O, diktator rejimin Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ŞRRLƏNƏRƏK saxlanılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır