4 iyul 2012 - 19:30

Demək Azərbaycanda iki müharibə varmış: Qarabağ müharibəsi və Sam-Sam müharibəsi!”

Əhli Beyt -ABNA- xəbər agentliyi- Dedilər xoş xəbər var, dedim yəqin Lazım gəlib və ermənilərin üzərinə hücum əmri verilib. Sonradan məlum oldu ki, “uzun zamandır az qala düşmən münasibətində olan ekstravaqant müğənni Samir Bağırovla qalmaqallı stilist Samir Əliyev barışıblar.

Stilistin sözlərinə görə, barışıq təklifi onun adaşı tərəfindən gəlib: “Mənim ad günümü ilk təbrik edən Samir Bağırov oldu. Həmin zəngdə çox məsələləri müzakirə etdik.

Məlum oldu ki, Bağırov çıxıb getmək istəyir. Mənə dedi ki, artıq viza da alıb, Amerikaya, anasının yanına gedir. Çünki burada işləri heç alınmır. Ancaq mən onu bu yoldan çəkindirdim. Dedim, niyə belə edirsən, gəl sənin üçün prodüser mərkəzi tapım və yenidən köhnə Samir ol. Ancaq məni yarı yolda buraxma. Ona şərt qoydum və Samir onu qəbul etdi. Dedim ki, həmin prodüser mərkəzində çox tələbkar insanlar çalışır. İşləməyə başlasaq, gərək çox dəqiq olasan, razılaşdı. Samir Bağırov bilir ki, mən onun üçün hər şey edərəm”. (publika.az)

Beləsə xoş xəbər mavi çıxdı. Xəzər inciməsin, mavi də ki, dəniz kimidi, yalandan dartınmağı var – bir dalğa irəli, iki dalğa geri. Samirin sözlərinə görə, işbirliyinə başlayan anda onların arasında baş verən "müharibə" unudulub. Demək Azərbaycanda iki müharibə varmış: Qarabağ müharibəsi və Sam-Sam müharibəsi!” Biri başa çatdı. İndi görək iki Kİ-Şİ bir Qarabağı azad edə biləcək?

 

Qabil Ələsgər             

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır