1 iyul 2012 - 19:30

Haaretz yazır: Netanyaho teleqraf vasitəsi ilə Mursidən bədnam “Kamp David” razılaşmasına sadiq qalmasın xahiş etmişdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misir dövlətinin prezidenti cənab Mursi qeyri leqal sionist israil rejiminin baş nazirinin onunla telefon sohbətləşməsin qəbul etməmişdir.

Sionist rejimində çap olan qəzetlərin təkidlə yazdıqlarına görə, Mursi ona olan təziqlərə baxmayaraq sonda israil rejiminin baş naziri Benyamin Netanyaho ilə telefonla söhbət etməydən çəkinib.

Netanyaho telefon danışıqlarında Mursini prezident olmaq münasibəti ilə təbrik etmək istəyirmiş. Lakin Mursi onun arzusun ürəyində qoyduqda, o bu işi teleqraf vasitəsi ilə həyata keçirdib.

Sionist rejiminin mənbələrindən verilən xəbərlərə görə, Netanyaho bu işi Obamanın vasitəçiliyi ilə həyata keçirdib. Onların əsas hədəfi telefon danışıqları ilə Mursini qeyri leqal ölkə olan israil ilə siyasi və təhlükəsizlik məsələlərində birgə həmkarlıq etməsi, bədnam “Kamp David” razılaşmasına sadiq qalması olub. “Ağ ev” bu işdə hər nəqədər fəall olsa da sonda uğursuzluqla üzləşib.

Mənbə bildirib ki, Netanyaho Mursidən Şərmu Şeyxdə yaxud da Qahirədə görüşmələrin xahiş edib. Əlbətdə qeyd edək ki, indiki vəziyyətdə bu görüşün baş tutması xam bir xəyaldır.

Haaretz yazır: Netanyaho teleqraf vasitəsi ilə Mursidən bədnam “Kamp David” razılaşmasına sadiq qalmasın xahiş etmişdir.

Sionist qəzeti daha sonra yazır: Bu teleqraf israilin Qahirədəki səfirliyin işçiləri vasitəsi ilə Mursiyə çatdırılıb. Netanyaho teleqrafda bədnam “Kamp David” razılaşmasına sadiq qalmasını hər iki tərəfin xeyrinə olacağını bildirmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır