Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Myanmada büddistlərin vəhşiliyi son həddə çatmışdır. Belə ki, “büddist vandalları” müsəlmanların kompakt yaşadığı yerlərə hücum çəkərək 80 nəfəri şəhid etmiş və minlərlə müsəlman sakinləri ev-eşiklərindən didərgin salmışlar.
Xatırladaq ki, cənub-şərqi Asiyada yerləşən Myanma dövlətinin (rəsmi adı: Myanma Birliyi Respublikası 1989-cu ilədək Birma İttifaqı adlanıb.) paytaxtı “Naypido”dur. Ölkə hərbi rejim tərəfindən idarə olunur.
Dini vəziyyət
50 milyonluq Birma əhalisinin 70 faizi buddistlərdir. Birmalıların əksəriyyəti, eyni zamanda şanlar, monlar, karenlərin çoxu, kaya, palaun, kaçinlərin bir hissəsi, çinlər və digərləri buddistdirlər. Buddizm özünün txeravad formasmında geniş yayılıb. Maxayana forması isə ancaq şimali birmanın xalqlarının bir hissəsində, ölkədə yaşayan çinlilər arasında vardır. Xristian dininə 5 faizdən çox insan ibadət edir. Xristianlığı əsasən birmanın əyalət rayonlarına gələn missionerlər yaymışlar. Çin, karen, kaya, kaçin kimi yerli xalqlar arasında da xristianlar var. Birma xristianlarının əkəsəriyyəti protestantlardır (1,2 mln. nəfər). Onların arasında əksəriyyəti baptistlər (950 min nəfər), anqilkanlar (130 min nəfər), metodistlər (39 min nəfər), yeddinci günün adventistləri (3 min nəfər), qurtuluş ordusunun tərəfdarlıra və s. vardır. Katoliklər 301 min nəfərdirlər. Ölkə əhalisinin 15 faizindən çoxu müsəlmanlarıdır (əsasən sünnülər). Əhalinin 3 faizi induistlərdir. Çox az sayda iudaistlər də vardır. Ənənəvi qəbilə inancları Birmanın bir sıra əyalət rayonlarında yaşayan xalqlar arasında hələ də qalmaqdadır. Onlar əhalinin 5 faizini təşkil edirlər.
Myanmada “Büddist Vandalları”nın törətdiyi Müsəlman Soyqırımının fotoşəkillərini saytımızın izləyicilərinə təqdim edirik.











Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır