Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 16 – 20 may 2012-ci il tarixlərdə Rusiya Federasiyasıİdman, Turizm və Gənclər Siyasəti üzrə Nazirliyin dəstəyi ilə Rusiya Federasiyası tərkibində Kabarda – Balkar Respublikasının Nalçik şəhərində “Tələbə baharı Qafqazda” adlı festival keçirilib.
Festivalda Azərbaycanı bir qrup istedadlı və yaradıcı gənc təmsil edib. “Qafqazda Tələbə baharı” festivalında Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxısatan, Moldova, Belarus, Ukrayna, Ermənistan, Cənubi Osetiya, Taciksitan, Ozbəkistandan olan tələblər iştirak ediblər.
Festival günlərində xatirə şəkli çəkdirən azərbaycanlı gənclər bayrağımıza hörmətsizlik ediblər. Belə ki, bu dəfə də Azərbaycan bayrağında yaşıl rəng üstə, mavi isə altda olub.
Bunu görən gənclər bayrağı aşağıdan yuxarı tutub və ortaya qəribə mənzərə çıxıb. Heç bir şərh vermədən həmin fotonu təqdim edirik. Sadəcə qeyd etmək lazımdır ki, ölkəni təmsil etməkdən öncə gənclər bayrağın mənasını dərk etsələr daha yaxşı olar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır