19 iyun 2012 - 19:30

Türkiyə, ərəb, israil və avropa dövlətləri tərəfindən himayə olunan terrorçular “Əbdul Qüddus”u qardaşıyla birgə şəhid etmişlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyada Səudi Ərəbistan, iordaniya, Qətər başda olmaqla ABŞ, israil işğalçıları və Türkiyə tərəfindən Suriya xalqına, xüsusən də Şiələrə qarşı təşkil edilmiş koalisiyası tərifndən silah-sürsatlarla himayə olunan terrorçu qruplar, qanlı əməliyyatları həyata keçirtməkdə davamlıdırlar.

Suriyadan aldığımız məlumata görə, Türkiyə, ərəb və avropa dövlətləri tərəfindən himayə olunan terrorçu dəstə Suriyanın Zeynəbiyyə məntəqəsində, Xanım Zeynəbin (səlamullahi əleyha) müqəddəs mərqədinin yaxınlığında daha bir Şiə alimini, Höccətül İslam Seyyid “Əbdul Qüddus Cəbbarə”ni qardaşı ilə bir yerdə şəhid etmişdir.

Qeyd edək ki, keçən günlər ərzində bu Xanım Zeynəbin (səlamullahi əleyha) pak hərəmi ətrafında aparılan ikinci qanlı silahlı hadisədir. Ötən hadisə terrorçuların Hərəm yaxınlığında maşına qoyduqları bombanın partlaması səbəbindən baş vermişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır