18 iyun 2012 - 19:30

Qondarma məhkəmədə şahidlərin dindirilməsi gözlənilir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən sabah əliyevlər rejimi "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədovun növbəti qondarma məhkəmə iclasın keçirdəcək.

Islamazeri.az saytının məlumatına görə məhkəmə iclası açıq şəkildə Binəqədi rayon məhkəməsində saat 11:30-da baş tutacaq.

Qondarma məhkəmədə şahidlərin dindirilməsi gözlənilir.

Ötən həftə kanvoyun gec gəlməsi səbəbi ilə məhkəmə yubadılıb, vəkil Zaman Səmədovun isə həmin saatda başqa məhkəmə iclasında iştirak etməsinə görə məhkəmə təxirə salınıb.

Xatırladaq ki, Mehdi Məmmədovu fevralın 18-də əliyevlər rejiminin Təhlükəsizlik Nazirliyinin muzdurları saxlayıb. O, möcud rejimin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ŞƏRLƏNİLİR.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır