18 iyun 2012 - 19:30

"Bu hökuməti nə Müsavat, nə də AXCP dağıdacaq. Bu hökuməti hicaba qoyduqları qadağa dağıdacaq"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün ruhani Hacı Abgül Süleymanovun növbəti qondarma məhkəməsi əliyevlər rejiminin Bakı şəhəri Ağır Cinayətlər məhkəməsində keçirilib.

Qondarma məhkəmə iclasında ATƏT-in Azərbaycandakı nümayəndəsi müşahidəçi qismində iştirak edib.

Vəkil Anar Qasımlı müəyyən səbəblərə görə məhkəmə iclasında iştirak etməyib.

Saat 15:30-a təyin olunan məhkəmə 16:55-də başladı.

Qondarma hakimlər qurama məhkəmə iclasına gələnə qədər ruhani Hacı Abgül Süleymanov çıxış edib. O çıxışında bunları bildirib: “Bu hökuməti nə Müsavat, nə də AXCP dağıdacaq. Bu hökuməti hicaba qoyduqları qadağa dağıdacaq. Mən boş söz demirəm. Sentyabr ayının 15-i hicab qadağası həll olunmasa, ağıllarına gəlməyən şeylər olacaq. Məhəmməd ordusu onların üzərinə gələcək. Burda da MTN nümayəndəsi var. O da eşitsin. 1 il öncə heç kimin ağlına gəlməzdi Hüsnü Mübarək məhkəməyə çıxarılacaq və ona ömürlük həbs veriləcək. Bütün silahlar onda, güc onda, arxasında ordu qalıb. Hə nə olsun?! Hamısının aqibəti belə olacaq. İran şahı çadraya bürünüb qaçdı. Bunlar mənə deyirlər sən İrana işləyirsən. Mən nə İrana nə turana işləyirəm. Mən Qurana işləyirəm. Quranın dediklərini deyirəm. Mən özümü zindanda hiss etmirəm. Mən azadam. O kəslər ki, hicabı müdafiə etmirlər, qorxurlar, onlar zindandadırlar. Azad olsaydılar hicabı müdafiə edərdilər.”

Bundan sonra qondarma məhkəmə başladı.

Qondarma məhkəmədə 3 şahid dindirildi.

Birinci şahid Tural Hüseynov olub. O ifadəsində bildirib ki, Hacı Abgül Süleymanovu 2003-2004-cü illərdən tanıyır. Savadlı alimdir. Mömin adamdır. “Papanin” adlanan məntəqədəki tədbirdə əvvəl iştirak etsəmdə sonradan işim çıxdığına görə məclisi tərk etmişəm. Hacının moizəsini də internetdən izləmişəm. O çıxışında hicabı müdafiə edib. Hicabın dindarın qeyrəti olduğunu və bunun üçün qorunması üçün əlimizdən gələni edəcəyimizi bildirdi.

Daha sonra məhkəmə iclasında ikinci şahid, Tural Həsənov dəvət olundu. O da ifadəsində qeyd etdi ki, mən Hacı Abgülü uşaqlıqdan tanıyıram. Məni o istiqamətləndirib. O mənim qardaşımdır. “Papanin”dəki məclisdə də iştirak etmişəm. O çıxışında hicabı müdafiə edib, ölkədəki qanunsuzluqlardan danışıb, neqativ halları qeyd edib. Cihad ruhiyyəsi dedikdə isə hicabın müdafiəsi üçün əlimizdən gələni etməli olduğu başa düşülür. Burda cihad hakimiyyət çevirilişi anlamı vermir. Hicaba qoyulmuş qadağaya etiraz aksiyalarında iştirak etməmişəm. Lakin təəssüflənirəm ki, işim çıxıb iştirak edə bilməmişəm. Cəfəri heyətinin bütün məclislərində iştirak etmişəm.

Bundan sonra üçüncü şahid, Seymur Rzayev məhkəmə zalına çağırılıb. O MTN-də verdiyi ifadənin dəyişdirildiyini və imza atarkən yazılan ifadəni oxumadığını bildirib. O deyib ki, mənim ifadəm dəyişdirilib. İfadəmdə guya demişəm ki, Hacı Abgül Hizbullahın Azərbaycandakı nümayəndəsidir, İranpərəstdir, radikaldır və sayr bu kimi həqiqəti əks etdirməyən ifadələr. Lakin mən bunların hamısını rədd edirəm və ifadəmin dəyişdirildiyini bildirirəm. Mən Hacı Abgülü bir neçə dəfə tədbirlərdə görmüşəm. Bir dəfə də onların ofisində olmuşam. Daha sonra o Qum şəhərində təhsil almağa getdi. Ondan sonra görüşməmişik.

Şahidlər dindirildikdən sonra növbəti məhkəmə iclası iyun ayının 25-i saat 15:30-a təyin olundu.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır