Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlərin antiİslam siyasətlərinə etirazların davamında baş tutmuş 2011-ci il 6 mayda rejimin Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunan Araz İsmayılov azadlığa çıxıb.
Islamazeri saytının məlumatına görə, Araz İsmayılov mövcud rejimin Ədliyyə Nazirliyinin 16 saylı yüngül cəza çəkmə müəssisəsində saxlanılırdı.
Nərimanov rayon məhkəməsi "Hicab Məhbusu" Araz İsmayılovun 2 il 6 ay azadlıqdan məhrum edilməsinə hökm çıxarmışdı.
"Hicab məhbusu" həbs müddətindən əvvəl həbsxanadan azad edilib.
Xatırladaq ki, Araz İsmayılov Şəhid Seyyid Mübarizlə birlikdə əsgərlik etmiş və onun tələbəsi olmuşdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır