13 iyun 2012 - 19:30

“Biz iranlılar öz tariximizdə müxtəlif dövrləri arxada qoymuşuq...”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ümum Dünya Lider İmam Seyyid əli Xamenei İslam İnqilabının Lideri İmam Xomeyninin vəfatının 23-cü ildönümü ilə bağlı mərasimdə Gülüstan və Türkmənçay müqavilələrindən də danışıb.

İmam Xamnei cənabları çıxışında deyib: “Biz iranlılar öz tariximizdə müxtəlif dövrləri arxada qoymuşuq. Lakin İran İslam İnqilabı ilə nəticələn son 200 ildə alçaldıcı çətin bir dövrü yaşamışıq. Çoxlarının tarixdən xəbəri yoxdur. Tarixə dərindən baxmaq və ondan dərs götürmək gərəkdir. Bu zillətin çoxlu nişanəsi var. Biz bu dövr ərzində siyasət sahəsində öz regionumuzda gedən proseslərdə təklənmiş bir xalq idik və dünyada cərəyan edən proseslərə heç bir təsirimiz yox idi.

İqtisadiyyat sahəsində isə bizim vəziyyətimiz günü-gündən ağırlaşırdı, elm və texnologiya cəhətdən də geri qalmışdıq və dünyada gedən nəhəng elmi cərəyanların qarşısında önə veriləcək heç bir elmi nailiyyətimiz də yox idi.

Daxili siyasət sahəsində də əcnəbilərin siyasətlərinin oyunçusuna çevrilmişdik, müstəmləkəçilər və dünyanın hegemon dövlətləri bizim hakimiyyətlərimizə təsir göstərirdilər, onları istədikləri kimi yönləndirir və istəklərini onlara qəbul etdirib onlardan istifadə edirdilər, bizim hakimiyyətlər, şahlar və ölkədə hakim olan qüvvələr isə bu 200 illik dövrdə onların qarşısında təqdirəlayiq, insani və qürurverici reaksiya göstərmirdilər. Hətta dövləti, ölkənin ərazi bütövlüyünü və öz hakimiyyətlərini qorumaq sahəsində belə utandırıcı zəiflik sərgiləyirdilər.

Bu 200 illik dövrdə alçaldıcı Türkmənçay müqaviləsinin, ondan bir qədər əvvəl isə Gülüstan müqaviləsinin bağlanması ilə Qafqazın 17 vilayətini İrandan ayırmışdılar. Elə həmin 200 illik dövrdə əcnəbilər ölkəmizin o vaxtkı hakimiyyəti və hakimiyyət mənsubları tərəfindan heç bir müqavimətlə qarşılaşmadan Buşəhr vilayətini də işğal etmişdilər.

Ümumi proses və hərəkət, deqradasiya prosesi idi ki, tarix yaradan və əzəmətli tarixi irsə malik olan İranın böyük xalqına bu proses zorla qəbul etdirilmişdi. Lakin İran islam inqilabı vərəqi çevirdi və bu prosesin istiqamətini tamam dəyişdi. Bu inqilabın öndəri İmam Xomeyninin iradəsi bu xalqda milli əzəmət ruhunu dirçəltməyə yönəldi və bu əzəməti də xalqa qaytararaq, “Biz bacararıq” mədəniyyətini xalq arasında yaydı və insanları buna inandırdı. Bu, “Quran“ mədəniyyətinin özüdür və millətin inkişafına səbəb olur”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır