Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Breyzer şəhərdəki ticarət mərkəzində müsəlman qadın, 26 yaşlı Fərhanə Çuqtayın başındakı hicabı dartaraq qoparmaqda suçlanır.
Çuqtayın ailəsi məhkəmə prosesində bildirir ki, ticarət mərkəzinin hollunda olarkən qəflətən başındakı hicab dartılıb salınan Fərhanə özünü çox pis, aşağılanmış və təhqir olunmuş vəziyyətdə hiss edib.
Bleyzer çadranı dartıb salandan sonra aradan çıxmağa çalışsa da, ticarət mərkəzində müşahidə videokameralarındakı görüntülər sayəsində o, az sonra yaxalanıb.
Polisin apardığı istintaq nəticəsində bəlli olub ki, nəşə çəkərək ticarət mərkəzinə yollanan və orada film seyr edəndən sonra holla çıxan Bleyzer hicablı müsəlman qadını görən təki ona hücum çəkib.
Prokuror Bleyzerin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır