9 iyun 2012 - 19:30

Şeyx Sifvət: “Beytul Müqəddəs Bizim Pytaxt olacaq, Milyonlarla Şəhid Ona Qurban Olacaq”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misirin nüfuzlu ruhanilərindən biri sayılan “Şeyx Sifvət Hicazi” bəyan edib ki, əgər Misirin prezident seçkilərində “İxvanul Muslimin” tərəfindən namizəd olan Muhəmməd Mursi prezidentliyə uğur qazanarsa artıq Misirin paytaxdı Qahirə deyil “Beytul Müqəddəs” olacaq.

Şeyx Sifvət Hicazi Misirin “Anas TV” kanalından video yayımda etdiyi çıxışında deyib: Seçkilərdə Mursinin qələbə qazandığı təqdirdə Müsəlmanların paytaxdı artıq Qahirə, Məkkə ya Mədinə olmayacaq. Bizim bir şuarımız olacaq: “Beytul Müqəddəs Bizim Pytaxt olacaq, Milyonlarla Şəhid Ona Qurban Olacaq”

Şeyx çıxışının davamında deyb: “Mursi Qəzzə Zolağın azad edəcək. Biz Beytul Müqəddəsdə ya namaz qılacağıq ya da orada şəhid olacağıq”.

Qeyd edək ki, Misirdə xalq kütləsinin İslamçı namizədlərdən belə himyət etməsi ilə yanaşı sionist rejimi də gizlin və aşkar sürətdə keçmiş qaniçən rejim qalıqlarının yeni hakimiyyət başına gəlməsi üçün əlindən gələni əsirgəmir.

P.S. Allah İslam Düşmənlərin bir-biri ilə məşğul etsin. Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır