Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün İstanbulda Qlobal Terrorizmlə Mübarizə Forumundan öncə xarici işlər nazirləri Suriya məsələsini müzakirə edəcəklər.
Toplantı iyunun 7-də axşam saatlarında baş tutacaq.
Foruma qatılan 17 ölkədən 13-ü ilə razılaşma əldə olunduğu bildirilir.
Müzakirələrdə İngiltərə, Fransa, İtalya, Almanya, Səudiyyə Ərəbistanı, İordaniya, Msir, İspanya, Birləşmiş Ərəb Əmirliyi ve Tunisin xarici işlər nazirlərinin, Küveytin baş naziri, Avropa Birliyinin xarici əlaqələr üzrə təmsilçisi Katerina Aştonun, eləcə də ABŞ dövlət katibi Hillari Klintonun iştirakı gözlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır