6 iyun 2012 - 19:30

Kazım Cəlali: İİR nüvə fəaliyyətlərini davam etdirməkdə qərarlıdır”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən   İran İslam Respublikası parlamentinin deputatı Kazım Cəlali bildirib: “İran İslam Respublikası nüvə enerjisindən istifadə etmək haqqından əsla vaz keçməyəcək”.

Onun sözlərinə görə, İran İslam Respublikasının bu məsələdə geri addım atması qeyrimümkündür.

K. Cəlali deyib ki, İran İslam Respublikası ilə “altılıq” ölkələri arasında iyunun 18-19-da Moskvada keçiriləcək görüşlərdə Qərbin etimad qazanması zəruridir: “Çünki İran İslam Respublikasının mövqeyi onsuz da bəllidir. Bağdad müzakirələrində təkliflərimizi ortaya qoyduq. Biz nüvə enerjisindən istifadə etmək haqqından geri addım atmaq niyyətində deyilik. Təhdid və sanksiyaların isə heç bir nəticəsi olmayacaq. İİR nüvə fəaliyyətlərini davam etdirməkdə qərarlıdır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır