4 iyun 2012 - 19:30

Murad Fətullayev: “Türkiyəyə dönüb bizim şou-biznesdə “gey”lərin at oynatmaqlarına uzaqdan baxım”

Uzun illər Türkiyədə yaşayan və fəaliyyət göstərən, bu yaxınlarda isə Azərbaycana qayıdan aktyor Murad Fətullayev Vətəni tərk edir.

Bu barədə “Vətəninfo.az”a açıqlama verən Murad bunları dedi:

“Hər zaman ətrafımda olan insanların şəxsi həyatlarına hörmətlə yanaşmışam. Mənə önəmli olan insanlar da buna görə həmişə mənə hörmət qoyublar. Heç kim heç kimə qarışmağa ixtiyar sahibi deyil. Amma mən gördüyüm və şahidi olduğum bir şeyi deməliyəm. Mən Türkiyədən vətənə gəlib şou-biznesimizdə nəsə etmək istədim. Onu deyim ki, bir şeyin şahidi oldum ki, bizim şou-biznesdə iş görmək üçün “gey” olmaq lazımdı. Odur ki, görmək istədiyim işi qoyub vətəndən gedirəm. Düşünürəm ki, neçə illərdir vətəndən uzaqda yaşayıram, elə olduğu kimi də qalsın. Türkiyəyə dönüb bizim şou-biznesdə “gey”lərin at oynatmaqlarına uzaqdan baxım. Yenə də deyirəm, hər kəsin şəxsi həyatına hörmətim var və olacaq da”

Qeyd edək ki, yenidən Türkiyəyə qayıdan Murad Fətullayev həm türk, həm də azərbaycanlı tamaşaçılar tərəfindən böyük maraqla izlənilən “Kurtlar vadisi”, “Adanalı”, “Arka sokaklar”, “Suç dosyası”, “Sınav” kimi baxımlı türk seriallarında kiçik rollar ifa edib.

Vaxtilə Türkiyənin “Mixx TV” telekanalında əyləncəli verilişin aparıcısı olub. Hazırda Türkiyənin tanınmış teleaparıcısı Acun Ilıcalının “Acun media” şirkətində televiziya proqramlarının, eləcə də “Coca-cola”, “Türkcell” və başqa reklamların kastinq direktoru vəzifəsində işləyir. O, həmçinin İstanbulda “Quliyeva adına teatr”da da tamaşalarda oynayır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır