2 iyun 2012 - 19:30

Bir neçə Avropa ölkəsi qaydaları dəyişib Azərbaycanın İctimai Televiziyasını yarışmadan kənarda saxlamağa çağırdı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bakıda keçirilən bədnam “eurovision” Avropa fəsad yarışmasının finalından bir neçə gün keçsə də bu yarışma ilə bağlı Azərbaycanda insan haqlarının vəziyyətinə beynəlxalq diqqət davam etməkdədir. Məlum olub ki, yarışmanın bitməsindən sonra İsveç, Danimarka, Finlandiya və İngiltərə Avropa Yayım Birliyi (EBU) üçün yeni “etik” qaydaların qəbulunu təklif edirlər.

haqqin.az İsveçin Dagens Nyhetter qəzetinə istinadən bildirib ki, Skandinaviya ölkələri BBC-ni, Almaniyanın və Avstriyanın bir sıra radio-televiziya stansiyalarını EBU-ya daxil olmaq istəyən ölkələrə qarşı daha sərt olmağa çağırıb. Onlar həmçinin tələb edirlər ki, birlik etik tələblərin pozulduğu ölkələri üzvlükdən çıxara və ya sanksiya tətbiq edə bilsin.

İsveçin SVT televiziyasının baş direktoru Yeva Hamilton hesab edir ki, bir neçə ölkə, o cümlədən Azərbaycan yeni tələblərə cavab vermir. Onun sözlərinə görə, bu ölkələr ümumiyyətlə kənarlaşdırıla və ya onların iştirakı məhdudlaşdırıla bilər. “Bəzi iştirakçılar - şübhəli rejimlərin nəzarəti altında olan radio və televiziya şirkətləri Avropa Yayım Birliyinə olan inamı heç edir”, - Y.Hamilton vurğulayıb. SVT bir neçə iri Avropa şirkəti ilə birlikdə söz azadlığı və jurnalist etikasını pozan şirkətlərə qarşı sanksiya tələb edir. EBU üçün yeni qaydaların rəsmi qəbulu iyunun sonlarında Strasburqda olacaq.

Azərbaycanı EBU-da İctimai Televiziya təmsil edir və o, qeyri-hökumət təşkilatlarının monitorinqlərinin nəticələrinə və “eurovision-2012" fsad müsabiqəsinin işıqlandırılmasına görə özünü obyektivlik, plüralizm və balans prinsiplərini pozan təşkilat kimi göstərmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır