Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bakıda keçirilən bədnam "eurovision-2012" fəsad yarışmasının qalibi Lorin BBC-yə müsahibəsində Azərbaycanda insan hüquqlarının durumuna da toxunub.
İsveç təmsilçisi bildirib ki, Bakıya səfəri zamanı bu ölkədə insan hüquqlarının pozulması faktlarına dair ətraflı məlumat almaq üçün yerli hüquq müdafiəçilərilə görüşüb. Bakıya səfəri çərçivəsində həmçinin media nümayəndələrilə də görüşdüyünü deyən müğənni qeyd edib ki, bu ölkədə baş verənlər barədə məlumat almaq bir vətəndaş olaraq şəxsən onun özü üçün vacib idi.
BBC bu haqda məlumatında onu da yada salır ki, Azərbaycan hakimiyyəti müxalifətçilərə qarşı təzyiq göstərir, bu ölkədə bir qrup müxalifətçi hələ də həbsdədir. Bundan başqa, "Eurovision" keçirilən zalın tikintisi zamanı bir xeyli vətəndaş evindən çıxarılıb. (Aİ)
Hökumət heç belə səhv etməmişdi. Bir bu qədər xərc qoyub özünə düşmən qazanasan, özü də eurovisionun qalibini!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır